...

Gəncədə dönərxana yandı (FOTO/VİDEO)

Hadisə Materials 15 İyul 2016 11:51 (UTC +04:00)
Gəncədə dönərxana yanıb.
Gəncədə dönərxana yandı (FOTO/VİDEO)

Bakı. Trend:

Gəncədə dönərxana yanıb.

Trend Kəpəz TV-yə (Region TV) istinadən xəbər verir ki, hadisə səhər saatlarında şəhərin Nizami prospektində ümumi sahəsi 150 kv.m olan ikimərtəbəli tikilinin 1-ci mərtəbəsində olan dönərxanada baş verib.

Yanğın zamanı dönərxanada olan 4 ədəd soyuducu, eləcə də tavanın 1 kv.m hissəsi yanıb.

Hadisə yerinə gələn yanğınsöndürənlər alovun ətraf ərazilərə keçməsinin qarşısını alıb.

Yanğının hansı səbəbdən baş verdiyi araşdırılır.

Məqalədə:
Xəbər lenti

Xəbər lenti