...

İran vətəndaşını qarət edənlər saxlanılıb

Hadisə Materials 2 Avqust 2016 13:26 (UTC +04:00)
Bakıda İran vətəndaşı döyülərək qarət olunub.
İran vətəndaşını qarət edənlər saxlanılıb

Bakı. Samir Əli - Trend:

Bakıda İran vətəndaşı döyülərək qarət olunub.

Daxili İşlər Nazirliyinin Mətbuat xidmətindəın Trend-ə verilən məlumata görə, avqustun 1-də Binəqədi rayonunun Fatmayi qəsəbəsində 3 naməlum şəxs İran vətəndaşı Murtəza Azərə və Bakı şəhər sakini Sədi Məmiyevə zor tətbiq edərək 750 manat pul alıblar.

Binəqədi RPİ 4-cü PB əməkdaşlarının həyata keçirdikləri əməliyyat-axtarış tədbirləri nəticəsində hadisəni törətməkdə şübhəli bilinən Bakı şəhər sakini Miqdar Məmmədov, Abşeron rayon sakinləri Orxan Atayev və Məhərrəm Məhərrəmov tutulublar.

Məqalədə:
Xəbər lenti

Xəbər lenti