Bakı. Trend:
Qobustan rayonu, Cəmcəmli kəndində vətəndaşa məxsus "NİVA" markalı kombayının arxa təkərləri və bələdiyyəyə məxsus ərazidə 90 ha sahədə kol-kos yanıb.
Trend Fövqəladə Hallar Nazirliyinin (FHN) saytına istinadən xəbər verir ki, kombayının qalan hissələri və yaxınlıqdakı əkin sahələri yanğından mühafizə olunub. Yanğın saat 02:45-də yanğınsöndürənlər tərəfindən söndürülüb.