Bir gündə iki nəfər binadan yıxılıb öldü

Hadisə Xəbər 11 Avqust 2016 12:20 (UTC +04:00)

Bakı. Trend:

Azərbaycanda bir gündə iki nəfər binadan yıxılıb ölüb. Trend Daxili İşlər Nazirliyinin saytına istinadən xəbər verir ki, avqustun 10-da Nərimanov rayonu ərazisində yaşayan 49 yaşlı Namiq Sultanov ehtiyatsızlıqdan evinin pəncərəsindən (5-ci mərtəbə), Şəki şəhərində yaşayan Ziyəddin Abdurəhmanov evinin eyvanından (2-ci mərtəbədən) yıxılaraq ölüblər.

Araşdırmalar aparılır.

Məqalədə:

Xəbər lenti

Xəbər lenti