...

Kürdə çimən şəxs batmaq təhlükəsi ilə üzləşib

Hadisə Materials 15 Avqust 2016 13:10 (UTC +04:00)
Səhər saatlarında Kürdə çimən şəxs batmaq təhlükəsi ilə üzləşib.
Kürdə çimən şəxs batmaq təhlükəsi ilə üzləşib

Bakı. Trend:

Səhər saatlarında Kürdə çimən şəxs batmaq təhlükəsi ilə üzləşib.

Fövqəladə Hallar Nazirliyindən Trend-ə verilən məlumata görə, Böhran Vəziyyətlərində İdarəetmə Mərkəzinə Kür çayının Şirvan şəhərindən keçən hissəsində 1 nəfərin çimərkən batmaq təhlükəsi ilə üzləşməsi barədə məlumat daxil olub. Dərhal Nazirliyin Dövlət Sularda Xilasetmə Xidmətinin xilasediciləri hadisə yerinə cəlb olunaraq vətəndaşı sudan çıxarıb və aidiyyati üzrə təhvil veriblər.

Əməliyyat saat 12:00-da başa çatıb.

Məqalədə:
Xəbər lenti

Xəbər lenti