Bakı. Trend:
Lənkəranda dənizdə 1 nəfər çimərkən batıb.
Trend bu barədə Fövqəladə Hallar Nazirliyinə istinadən xəbər verir.
Bildirilir ki, Nazirliyin Böhran Vəziyyətlərində İdarəetmə Mərkəzinə Lənkəran şəhərində dənizdə 1 nəfərin çimərkən batması barədə məlumat daxil olub.
Dərhal Nazirliyin Cənub Regional Mərkəzinin dalğıc-xilasediciləri axtarışlara başlayıblar. Əlavə məlumat veriləcək.