...

Evdən 9000 manatlıq qızıl əşyalar oğurlayan şəxs tapıldı

Hadisə Materials 17 Avqust 2016 12:31 (UTC +04:00)

Bakı. Trend:

Avqustun 11-də Bakıda baş vermiş oğurluq faktı ilə bağlı saxlanılan var. Bu barədə Trend-ə Daxili İşlər Nazirliyindən məlumat verilib.

Məlumatda deyilir ki, Xətai RPİ 35-ci PB əməkdaşlarının həyata keçirdikləri əməliyyat-axtarış tədbirləri nəticəsində avqustun 11-də Bakı şəhər sakini Leyla Şahbazovaya məxsus evdən 9.000 manat dəyərində qızıl əşyalar oğurlamaqda şübhəli bilinən paytax sakini Fərid Baxşıyev tutulub.

Məqalədə:
Xəbər lenti

Xəbər lenti