...

Şamaxıda vərəm xəstəsi intihar etdi

Hadisə Materials 18 Avqust 2016 11:37 (UTC +04:00)
Şamaxı rayonunda 2-ci qrup əlil intihar edib.
Şamaxıda vərəm xəstəsi intihar etdi

Bakı. Samir Əli-Trend:

Şamaxı rayonunda 2-ci qrup əlil intihar edib. Bu barədə Trend-ə Şamaxı rayon Prokurorluğundan məlumat verilib. Məlumata görə, hadisə rayonun Mədrəsə qəsəbəsində baş verib. Qəsəbə sakini, 1959-cu il təvəllüdlü Həsrət Hüseynov yaşadığı evin həyətindəki tikilidə özünü kəndirlə asıb öldürüb. Həmin vaxt H.Hüseynov evdə tək olduğundan hadisədən heç kim xəbər tutmayıb. H.Hüseynovun meyiti ailə üzvləri tərəfindən asılmış vəziyyətdə tapılıb.

Məlumatda bildirilir ki, intiharın səbəbi kimi H.Hüseynovun xəstə olması göstərilir. İlkin məlumata görə, H.Hüseynov uzun illər vərəm xəstəliyindən əziyyət çəkirmiş. 3 il əvvəl həyat yoldaşı dünyasını dəyişəndən sonra onun səhhəti daha da pisləşib və son vaxtlar orqanizmində şiddətli ağrıları başlayıbmış. Ağrılara dözə bilməyən H.Hüseynov intihar qərarı verib.

Faktla bağlı Şamaxı rayon Prokurorluğunda Cinayət Məcəlləsinin 125-ci ( özünü öldürmə həddinə çatdırma) maddəsilə cinayət işi başlanıb.

Məqalədə:
Xəbər lenti

Xəbər lenti