Bakı. Trend:
Xəzər dənizində zəlzələ baş verib. Trend-ə Respublika Seysmoloji Xidmət Mərkəzindən verilən məlumata görə, yeraltı təkanlar Bakı vaxtı ilə saat 14:23:46-da Xəzər dənizində qeydə alınıb. Yeraltı təkanlar 60 km dərinlikdə, maqnitudası 3.2 bal gücündə olub. Zəlzələ hiss olunmayıb.