Bakı. Trend:
Kəllə-beyin xəsarəti almış Binə sakini ölüb.
Trend Daxili İşlər Nazirliyinin saytına istinadən məlumat verir ki, sentyabrın 19-da Xəzər rayonunun Binə qəsəbəsində yaşayan Vaqif Ağayev sərxoş vəziyyətdə mənzillərinə qalxarkən pilləkəndən yıxılıb.
Kəllə-beyin xəsarəti ilə xəstəxanaya gətirilmiş V.Ağayev sentyabrın 20-də orada ölüb.