Bakı. Trend:
Səhər saatlarında Bakıda mağazada yanğın baş verib.
Fövqəladə Hallar Nazirliyindən Trend-ə verilən məlumata görə,paytaxtın Suraxanı rayonunda vətəndaşa məxsus ümumi sahəsi 50 m² olan meyvə-tərəvəz satışı mağazasında 1 ədəd kondisioner yanıb. Mağaza yanğından mühafizə olunub.
Yanğın saat 07:27-də yanğınsöndürənlər tərəfindən söndürülüb.