Bakı. Trend:
Bakı Baş Gömrük İdarəsinin beynəlxalq poçt göndərişlərinə nəzarət bölməsində poçt bağlamalarına gömrük nəzarəti zamanı qaçaqmalçılıq faktı qeydə alınıb.
Bu barədə Trend-ə Dövlət Gömrük Komitəsinin mətbuat xidmətindən məlumat verilib.
İsrail dövlətinə göndərilən iki ədəd poçt bağlamasındakı geyim əşyalarının arasından bəyan edilməyən və ümumi çəkisi 323,19 qram olan qızıl-zinət əşyaları aşkar edilib.
Faktla bağlı araşdırma aparılır.
Your browser doesn't support video.
Please download the file:
video/mp4