...

Gömrükdə mobil telefon qaçaqmalçısı saxlanılıb

Hadisə Materials 11 Oktyabr 2016 14:02 (UTC +04:00)
Sərhəddə mobil telefon qaçaqmalçısı saxlanılıb.
Gömrükdə mobil telefon qaçaqmalçısı saxlanılıb

Bakı. Trend:

Sərhəddə mobil telefon qaçaqmalçısı saxlanılıb.

Dövlət Gömrük Komitəsindən Trend-ə verilən məlumata görə, Rusiya Federasiyası istiqamətindən Xaçmaz Gömrük İdarəsinin “Samur” gömrük postunun idxal piyada keçid xəttinə daxil olan Azərbaycan vətəndaşının üzərində gömrük yoxlaması aparılıb.

Yoxlama zamanı həmin şəxsin əynindəki pencəyinin ciblərindən 8 ədəd “Samsung Galaxy Grand Prime” markalı mobil telefon, 8 ədəd qidalandırıcı element və 8 ədəd adapter başlığı aşkar edilərək götürülüb.

Faktla bağlı araşdırma aparılır.

Məqalədə:
Xəbər lenti

Xəbər lenti