...

Əli Kərimlinin köməkçisinin müraciəti rədd edildi

Hadisə Materials 12 Oktyabr 2016 16:06 (UTC +04:00)
Faiq Əmirlinin barəsində seçilmiş həbs qətimkan tədbirinin "ev dustaqlığı" ilə əvəz edilməsi ilə bağlı müraciətinə baxılıb.
Əli Kərimlinin köməkçisinin müraciəti rədd edildi

Bakı. Samir Əli - Trend:

Bu gün Nəsimi Rayon Məhkəməsində hakim Şəlalə Həsənovanın sədrliyi ilə AXCP sədrinin köməkçisi, “Azadlıq” qəzetinin maliyyə direktoru Faiq Əmirlinin barəsində seçilmiş həbs qətimkan tədbirinin "ev dustaqlığı" ilə əvəz edilməsi ilə bağlı müraciətinə baxılıb.

F.Əmirlinin vəkili Fəxrəddin Mehtiyevin Trend-ə verdiyi məlumata görə, prosesdə müraciət araşdırılsa da, təmin edilməyib.

AXCP sədrinin köməkçisi F.Əmirli bu il avqustun 20-də saxlanılıb. Ona qarşı Cinayət Məcəlləsinin 283.1-ci (Milli, irqi,sosial və ya dini düşmənçiliyin salınmasına, milli ləyaqətin alçaldılmasına, habelə milli, irqi, sosial və ya dini mənsubiyyətindən asılı olaraq vətəndaşların hüquqlarının məhdudlaşdırılmasına və ya üstünlüklərinin müəyyən edilməsinə yönələn hərəkətlər, aşkar surətdə və ya kütləvi informasiya vasitələrindən istifadə olunmaqla törədildikdə) maddəsi üzrə ittiham irəli sürülüb.

Ona qarşı həmçinin Cinayət Məcəlləsinin 168.1-ci (Dini məzhəbləri yaymaq və dini ayinlərin icrası adı altında fəaliyyət göstərən və bu fəaliyyətlə ictimai asayişi pozan, yaxud vətəndaşların sağlamlığına zərər vuran və ya formasından asılı olmayaraq vətəndaşların hüquqlarını pozan, habelə vətəndaşların qanunla müəyyən edilmiş vəzifələrini yerinə yetirməkdən yayındıran qrup təşkil etmə, ona rəhbərlik etmə və ya belə qrupda iştirak etmə) maddəsi ilə ittiham irəli sürülüb.

F.Əmirllinin avtomobilinə baxış keçirilərkən oradan Fətullah Terror Təşkilatının (FETÖ) lideri Fətullah Gülənə aid kitablar tapılıb.

Məqalədə:
Xəbər lenti

Xəbər lenti