Bakı sakininin 13 min dollarını alan dələduz qadın saxlanılıb

Hadisə Materials 5 Noyabr 2016 13:19 (UTC +04:00)
Bakıda dələduzluqla məşğul olan qadın yaxalanıb.
Bakı sakininin 13 min dollarını alan dələduz qadın saxlanılıb

Bakı. Trend:

Bakıda dələduzluqla məşğul olan qadın saxlanılıb.

Trend Daxili İşlər Nazirliyinin saytına istinadən xəbər verir ki, Nəsimi RPİ 22-ci PB əməkdaşlarının həyata keçirdikləri əməliyyat-axtarış tədbirləri nəticəsində oktyabrın 27-də Bakı şəhər sakini Səbinə Tağıyevanın 13 min dollar pulunu dələduzluq yolu ilə almaqda şübhəli bilinən Sabirabad rayon sakini Diləfruz Mustafayeva saxlanılıb.

Məqalədə:

Xəbər lenti

Xəbər lenti