...

Ağsuda "QAZ" və İmişlidə "VAZ" yanıb

Hadisə Materials 26 Noyabr 2016 01:33 (UTC +04:00)
Ağsu və İmişli rayonlarında yanğın baş verib
Ağsuda "QAZ" və İmişlidə "VAZ"  yanıb

Bakı. Trend:

Ağsu və İmişli rayonlarında yanğın baş verib.

Trend Fövqəladə Hallar Nazirliyinin (FHN) saytına istinadən xəbər verir ki, İmişli rayonunda vətəndaşa məxsus "VAZ" markalı minik avtomobilinin salonu yanıb. Avtomobilin qalan hissəsi yanğından mühafizə olunub. Yanğın saat 21:39-da yanğınsöndürənlər tərəfindən söndürülüb.

Həmçinin bildirilir ki, Ağsu rayonunda vətəndaşa məxsus "QAZ" markalı minik avtomobilinin mühərrikində elektrik avadanlıqları və salonu yanıb. Avtomobilin qalan hissəsi yanğından mühafizə olunub. Yanğın saat 22:12-də yanğınsöndürənlər tərəfindən söndürülüb.

Məqalədə:
Xəbər lenti

Xəbər lenti