...

Sumqayıtda telefon kabellərinə qənim kəsilən şəxs tutuldu

Hadisə Materials 1 Dekabr 2016 12:37 (UTC +04:00)
Sumqayıtda telefon kabellərini kəsərək oğurlayan şəxs tutulub.
Sumqayıtda telefon kabellərinə qənim kəsilən şəxs tutuldu

Bakı. Trend:

Sumqayıtda telefon kabellərini kəsərək oğurlayan şəxs tutulub.

Daxili İşlər Nazirliyindən Trend-ə verilən məlumata görə, Sumqayıt şəhər Polis İdarəsi 2-ci Polis bölməsi əməkdaşlarının həyata keçirdikləri əməliyyat-axtarış tədbirləri nəticəsində oktyabrın 22-də və noyabrın 8-də Sumqayıt şəhər Telekommunikasiya Qovşağına məxsus 110 metr telefon kabelini kəsərək oğurlamaqda şübhəli bilinən şəhər sakini, əvvəllər məhkum olunmuş Rüfət Cabbarlı tutulub.

Ətrafında aparılmış əməliyyat tədbirləri ilə onun noyabrın 3-də Kimyaçılar qəsəbəsində şəhər Telekommunikasiya Qovşağına məxsus daha 36 metr telefon kabelini kəsərək oğurlaması da müəyyən edilib.

Məqalədə:
Xəbər lenti

Xəbər lenti