...

Gömrükdə qaçaqmal mobil telefonlar müsadirə olunub

Hadisə Materials 5 Dekabr 2016 10:54 (UTC +04:00)
Gürcüstandan Azərbaycana qaçaqmal yolu ilə mobil telefonların keçirilməsinin qarşısı alınıb.
Gömrükdə qaçaqmal mobil telefonlar müsadirə olunub

Bakı. Trend:

Gürcüstandan Azərbaycana qaçaqmal yolu ilə mobil telefonların keçirilməsinin qarşısı alınıb.

Dövlət Gömrük Komitəsindən Trend-ə verilən məlumata görə, Tovuz Gömrük İdarəsinin Gömrük hüquqpozmalarına qarşı mübarizə şöbəsinə daxil olan məlumat əsasında “Sınıq Körpü” gömrük postunda Gürcüstandan gələn Azərbaycan vətəndaşının idarə etdiyi nəqliyyat vasitəsinə gömrük baxışı keçirilib.

Yoxlama zamanı avtomobildəki gizli saxlanc yerlərindən gömrük nəzarətindən gizlədilən 3 ədəd - “Samsung Galaxy J2 Prime” və 3 ədəd “Samsung Galaxy J3 (6)” mobil telefonları aşkar edilib.

Faktla bağlı araşdırma aparılır.

Məqalədə:
Xəbər lenti

Xəbər lenti