...

Şəkidə silahlı şəxs narkotiklə yaxalandı

Hadisə Materials 9 Dekabr 2016 12:52 (UTC +04:00)
Şəkidə silahlı şəxs narkotiklə yaxalanıb.
Şəkidə silahlı şəxs narkotiklə yaxalandı

Bakı. Trend:

Şəkidə silahlı şəxs narkotiklə yaxalanıb.

Daxili İşlər Nazirliyindən Trend-ə verilən məlumata görə, Şəki şəhər rayon Polis Şöbəsi əməkdaşlarının həyata keçirdikləri əməliyyat-axtarış tədbirləri nəticəsində şəhər sakini, əvvəllər məhkum olunmuş Natiq Əhmədovdan 1,327 qram tiryək götürülüb.

Onun "VAZ-21214" markalı avtomobilinə baxış zamanı oradan 2 kiloqram 325 qram marixuana, "Makarov" markalı tapança və 4 ədəd patron aşkar edilərək götürülüb.

Məqalədə:
Xəbər lenti

Xəbər lenti