...

Paytaxtda yaşayış binasında yanğın olub

Hadisə Materials 19 Dekabr 2016 09:18 (UTC +04:00)

Bakı. Trend:

Paytaxtda yaşayış binasında yanğın baş verib.

Fövqəladə Hallar Nazirliyindən Trend-ə verilən məlumata görə, Bakı şəhər, Xətai rayonunda doqquzmərtəbəli yaşayış binasında 6 ədəd elektrik sayğacı və 10 p.m elektrik kabeli yanıb.

Mənzillər yanğından mühafizə olunub. Yanğın saat 08:02-də yanğınsöndürənlər tərəfindən söndürülüb.

Məqalədə:
Xəbər lenti

Xəbər lenti