Bakı. Trend:
Sumqayıtda yanğın qeydə alınıb.
Trend-ə Fövqəladə Hallar Nazirliyindən verilən məlumata görə, Sumqayıt şəhərində 5 mərtəbəli yaşayış binasının 3-cü mərtəbəsinin pilləkən qəfəsində quraşdırılmış 9 ədəd elektrik sayğacı yanıb.
Mənzillər yanğından mühafizə olunub.
Yanğın saat 01:27-də yanğınsöndürənlər tərəfindən əl yanğınsöndürmə qurğusu vasitəsi ilə söndürülüb.