Bakı. Trend:
Bakıda mənzildə 75 yaşlı qadının meyiti tapılıb.
Trend Fövqəladə Hallar Nazirliyinin saytına istinadən xəbər verir ki, Böhran Vəziyyətlərində İdarəetmə Mərkəzinə Bakı şəhəri, Yasamal rayonunda mənzildə 1 nəfərin bağlı qapı arxasında köməksiz vəziyyətdə qalması barədə məlumat daxil olub.
Dərhal Nazirliyin Xüsusi Riskli Xilasetmə Xidmətinin xilasediciləri hadisə yerinə cəlb olunaraq mənzilin qapısını açıb və 1942-ci il təvəllüdlü Həsənova Nəsibə Əliyaqub qızının cəsədini aşkar edərək aidiyyəti üzrə təhvil veriblər.
Əməliyyat saat 14:46-da başa çatıb.