...

Goranboyda partlayış - ana və qızı xəsarət alıb

Hadisə Materials 31 Yanvar 2017 12:15 (UTC +04:00)
Goranboy rayonunda partlayış hadisəsi baş verib.
Goranboyda partlayış - ana və qızı xəsarət alıb

Bakı. Trend:

Goranboy rayonunda partlayış hadisəsi baş verib.

Daxili İşlər Nazirliyindən Trend-ə verilən məlumata görə, Goranboy rayonunun Quşçular kəndində yaşayan Vəfa Məmmədovanın evində təbii qazın sızmasından yanğına keçən partlayış baş verib.

Hadisə nəticəsində 2 kvm. sahədə evin döşəməsi yanıb, V.Məmmədova və qızı Filiz xəstəxanaya yerləşdiriliblər, vəziyyətləri orta-ağırdır.

Məqalədə:
Xəbər lenti

Xəbər lenti