...

Xırdalanda 59 yaşlı kişi evində yanıb öldü

Hadisə Materials 4 Fevral 2017 12:43 (UTC +04:00)
Abşeronda mənzildə yanğın olub.
Xırdalanda 59 yaşlı kişi evində yanıb öldü

Bakı. Trend:

Abşeronda mənzildə yanğın olub.

Daxili İşlər Nazirliyindən Trend-ə verilən məlumata görə, fevralın 3-də saat 21 radələrində Xırdalan şəhərinin Quşçuluq yaşayış sahəsində yaşayan 59 yaşlı Faiq Yusifovun evində yanğın baş verib.

Yanğının baş verməsi nəticəsində 16 kvm. sahədə evin konstuksiyaları və oradakı əşyalar yanıb. Yanğın söndürüldükdən sonra F.Yusifovun yanmış meyidi mənzildən tapılıb.

Faktla bağlı araşdırma aparılır.

Məqalədə:
Xəbər lenti

Xəbər lenti