Bakı. Trend:
Binəqədidə mənzildə baş verən yanğında azyaşlı ölüb.
Trend Fövqəladə Hallar Nazirliyinin saytına istinadən xəbər verir ki, ümumi sahəsi 35 m2 olan birmərtəbəli 2 otaqlı evin 1 otağında 1 ədəd divan və 4 m2 sahədə lambirdən ibarət tavan yanıb.
Yanğının kəşfiyyatı zamanı 2016-cı il təvəllüdlü Cəfərov Cabbar Siyavuş oğlunun meyiti aşkar olunub.
Bitişik mənzillər yanğından mühafizə olunub. Yanğın saat 12:51-də yanğınsöndürənlər tərəfindən söndürülüb.