...

Ağcabədidə 23 yağlı oğlan özünü öldürüb

Hadisə Materials 16 Fevral 2017 09:31 (UTC +04:00)
Ağcabədi rayonunda intihar hadisəsi baş verib.
Ağcabədidə 23 yağlı oğlan özünü öldürüb

Bakı. Samir Əli - Trend:

Ağcabədi rayonunda intihar hadisəsi baş verib.

Rayon Prokurorluğundan Trend-ə verilən məlumata görə, hadisə fevralın 15-də rayonun Yuxarı Qiyaməddinli kəndində baş verib. Kənd sakini, 1994-cü il təvəllüdlü Cəfərov Şəmistan Sevindik oğlu özünü yaşadığı evin həyətində asaraq intihar edib.

İntiharın səbəbləri məlum deyil. Faktla bağlı Ağcabədi rayon Prokurorluğunda Cinayət Məcəlləsinin 125-ci (özünü öldürmə həddinə çatdırma) maddəsilə cinayət işi başlanıb.

Məqalədə:
Xəbər lenti

Xəbər lenti