Bakı. Samir Əli - Trend:
Bu gün Bakı Ağır Cinayətlər Məhkəməsində dostunu öldürməyə cəhddə təqsirləndirilən Eltun İmanovun cinayət işi üzrə məhkəmə prosesi başa çatıb.
Trend-in məlumatına görə, hakim Əlövsət Abbasovun sədrliyi ilə keçirilən prosesdə təqsirləndirilən şəxsə hökm oxunub.
Məhkəmənin hökmü ilə E.İmanov 9 il azadlıqdan məhrum edilib.
İttihama görə, 2016-cı il iyun ayında Bakının Səbail rayonunda, Bakı şəhər sakini Samir Tarverdiyev bıçaq xəsarəti ilə xəstəxanaya gətirilib.
Səbail Rayon Polis İdarəsinin 8-ci Polis Bölməsi əməkdaşlarının həyata keçirdikləri əməliyyat-axtarış tədbirləri nəticəsində cinayəti törədən paytaxt sakini E.İmanov tutulub. Hadisənin borc üstündə baş verdiyi bildirilib.