...

Ötən gün 2 nəfər yanğının qurbanı olub: biri azyaşlıdır

Hadisə Materials 8 Mart 2017 13:05 (UTC +04:00)
Ötən gün iki nəfər yanğının qurbanı olub.
Ötən gün 2 nəfər yanğının qurbanı olub: biri azyaşlıdır

Bakı. Trend:

Ötən gün iki nəfər yanğının qurbanı olub.

Daxili İşlər Nazirliyindən Trend-ə verilən məlumata görə, martın 7-də saat 16 radələrində Xırdalan şəhərində yaşayan Tahir Məmmədovun evində yanğın baş verib. Nəticədə 10 kv.m sahədə ev əşyaları yanıb, mənzil sahibinin 2 yaşlı oğlu Tunar tüstüdən boğularaq ölüb.

Araşdırma aparılır.

Bundan başqa, yanvarın 31-də Bərdə şəhərində yerləşən qəbiristanlıqda şəhər sakini Şamxal Xəlilzadə abadlıq işləri aparıb tullantıları yandırarkən əl və ayaq nahiyələrindən yanıq xəsarəti alıb.

Xəstəxanaya yerləşdirilən Ş.Xəlilzadə martın 7-də orada ölüb.

Məqalədə:
Xəbər lenti

Xəbər lenti