Bakı. Trend:
Sabirabadda ağır yol qəzası baş verib.
Daxili İşlər Nazirliyindən Trend-ə verilən məlumata görə, aprelin 10-da saat 1 radələrində Sabirabad rayonunun Zalqarağac kəndində Şirvan şəhər sakinləri Rəşad Musayevin idarə etdiyi "VAZ-21154" və İlkin Musayevin idarə etdiyi "KAMaz" markalı avtomobillər toqquşub. Qəzada R.Musayev hadisə yerində ölüb, 1 sərnişini isə xəstəxanaya yerləşdirilib.
Baş İstintaq və Təhqiqat İdarəsi tərəfindən hadisə ilə bağlı araşdırma aparılır.