Bakı. Orxan Quluzadə - Trend:
Türkiyənin Van vilayətinin Çatak rayonunda partlayış baş verib.
Trend-in məlumatına görə, hadisə nəticəsində ərazidə yoxlama aparan təhlükəsizlik qüvvələrinin iki əməkdaşı ölüb.
Bölgədə əməliyyata başlanıldığı bildirilir.