Bakı. Trend:
Xırdalanda mənzildə meyit tapılıb.
Fövqəladə Hallar Nazirliyindən Trend-ə verilən məlumata görə, Abşeron rayonu, Xırdalan şəhərində mənzildə 1 nəfərin bağlı qapı arxasında köməksiz vəziyyətdə qalması barədə məlumat daxil olub.
Dərhal Nazirliyin Xüsusi Riskli Xilasetmə Xidmətinin xilasediciləri hadisə yerinə cəlb olunaraq mənzilin qapısını açmış və 1941-ci il təvəllüdlü Əliyev Okean Seyfulla oğlunun cəsədini aşkar edərək aidiyyəti üzrə təhvil verilib. Əməliyyat saat 00:01-də başa çatıb.