...

DİN Bakıda iki qardaşın ölməsi ilə nəticələnən yanğın barədə məlumat yayıb

Hadisə Materials 23 May 2017 13:06 (UTC +04:00)
Bakıda iki qardaş evdə yanıb ölüb.
DİN Bakıda iki qardaşın ölməsi ilə nəticələnən yanğın barədə məlumat yayıb

Bakı. Trend:

Bakıda iki qardaş evdə yanaraq ölüb.

Daxili İşlər Nazirliyindən (DİN) Trend-ə verilən məlumata görə, mayın 22-də saat 17 radələrində Binəqədi rayonu Z.Bünyadov prospektindəki evlərdən birində yanğın baş verib.

Nəticədə evin 18 kv.m sahəsində olan əşyalar yanıb. Yanğın söndürüldükdən sonra ev sahibi Aleksandr Cekullayevin və qardaşı Anatolinin yanmış meyitləri tapılıb.

Hadisə ilə bağlı araşdırma aparılır.

Məqalədə:
Xəbər lenti

Xəbər lenti