...

Sel Qaraməryəm-İsmayıllı yolunu bağladı

Hadisə Materials 2 İyun 2017 15:02 (UTC +04:00)
Ölkə ərazisində yağan güclü yağışlar Qaraməryəm-İsmayıllı-Şəki yolunda fəsadlar yaradıb.
Sel Qaraməryəm-İsmayıllı yolunu bağladı

Bakı. Samir Əli - Trend:

Ölkə ərazisində yağan güclü yağışlar Qaraməryəm-İsmayıllı-Şəki yolunda fəsadlar yaradıb.

Trend-in məlumatına görə, iyunun 1-i gecədən bölgəyə yağan güclü leysan yağışları iyunun 2-də günorta saatlarında daha da güclənib. Yağışdan sonra dağlardan gələn sel suları sözügedən avtomobil yolunun 38-40-cı km-lik hissəsində avtonəqliyyat vasitələrinin hərəkətini çətinləşdirib. Güclü sel suları palçıq, daş və ağac qırıntılarını yolun hərəkət hissəsinə doldurub.

Dərhal əraziyə “Azəravtoyol” ASC-nin əməkdaşları və ağır texnikaları cəlb edilərək yolun təmizlənməsi istiqamətində işlərə başlayıblar. Qısa müddət ərzində yolda hərəkət bərpa olunub.

Hazırda ərazidə selin yaratdığı fəsadların aradan qaldırılması istiqamətində işlər davam etdirilir. Avtonəqliyyat vasitələrinin hərəkətində hər hansı bir problem müşahidə olunmur.

Məqalədə:
Xəbər lenti

Xəbər lenti