...

Bakıda 35 yaşlı qadın qətlə yetirilib

Hadisə Materials 5 İyun 2017 12:44 (UTC +04:00)
Bakıda qadın qətlə yetirilib.
Bakıda 35 yaşlı qadın qətlə yetirilib

Bakı. Trend:

Bakıda qadın qətlə yetirilib.

Daxili İşlər Nazirliyindən Trend-ə verilən məlumata görə, iyunun 3-də Xətai rayonu ərazisində yaşayan Sergey Vorobyovun evində bıçaqla qətlə yetirilmiş 30-35 yaşlı qadın meyiti tapılıb.

Araşdırmalar zamanı mayın 31-də həmin qadının S.Vorobyova bıçaqla yüngül xəsarət yetirməsi, S.Vorobyovun isə bıçaqla onu qətlə yetirməsi müəyyən edilib.

Xətai RPİ 37-ci PB əməkdaşlarının keçirdikləri əməliyyat-axtarış tədbirləri nəticəsində S.Vorobyov tutulub.

Faktla əlaqədar cinayət işi başlanılıb.

Məqalədə:
Xəbər lenti

Xəbər lenti