...

Dənizdə batan 2 nəfərdən birinin meyiti tapılıb (YENİLƏNİB)

Hadisə Materials 30 İyun 2017 20:18
Bu gün dənizdə batan 2 nəfərdən birinin meyiti tapılıb.
Dənizdə batan 2 nəfərdən birinin meyiti tapılıb (YENİLƏNİB)

Trend-i buradan izləyin

Təfərrüatlar əlavə olunub (ilk xəbər saat 17:08-də yayımlanıb)

Bakı. Trend:

Bu gün dənizdə batan 2 nəfərdən birinin meyiti tapılıb.

Fövqəladə Hallar Nazirliyindən (FHN) Trend-ə verilən məlumata görə, Bakı şəhəri, Suraxanı rayonunda bu gün dənizdə çimərkən batmış 2 nəfərdən birinin - 1996-cı il təvəllüdlü Rəhimov Hüseyn Fərhad oğlunun meyiti bu gün saat 18:04-də batdığı yerdən 100-150 metr aralıdan FHN-in KGN və SXDX-nın dalğıc-xilasediciləri tərəfindən tapılaraq sudan çıxarılıb və aidiyyəti üzrə təhvil verilib. Digər bir nəfərin axtarışı davam etdirilir. Əlavə məlumat veriləcək.

x x x

Dənizdə bu gün 2 nəfər batıb.

Fövqəladə Hallar Nazirliyindən (FHN) Trend-ə verilən məlumata görə, Nazirliyin Böhran Vəziyyətlərində İdarəetmə Mərkəzinə Bakı şəhəri, Suraxanı rayonunda dənizdə 2 nəfərin batması barədə məlumat daxil olub.

Dərhal FHN-nin KGN və SXDX-nın dalğıc-xilasediciləri hadisə yerinə cəlb olunaraq axtarışlara başlayıblar.

Əlavə məlumat veriləcək.

Məqalədə:
Xəbər lenti

Xəbər lenti