...

Dənizdə 1 nəfər batıb - axtarış aparılır

Hadisə Materials 4 İyul 2017 20:08 (UTC +04:00)

Bakı. Trend:

Fövqəladə Hallar Nazirliyinin (FHN) Böhran Vəziyyətlərində İdarəetmə Mərkəzinə Bakı şəhəri, Sabunçu rayonunda dənizdə 1 nəfərin batması barədə məlumat daxil olub.

FHN-dən Trend-ə verilən məlumata görə, dərhal Nazirliyin Kiçikhəcmli Gəmilərə Nəzarət və Sularda Xilasetmə Dövlət Xidmətinin dalğıc-xilasediciləri hadisə yerinə cəlb olunub və vətəndaşın axtarışına başlanılıb.

Əlavə məlumat veriləcək.

Məqalədə:
Xəbər lenti

Xəbər lenti