...

Dənizdə batmaq təhlükəsi ilə üzləşən 3 nəfər xilas edilib

Hadisə Materials 9 İyul 2017 19:21 (UTC +04:00)
Bu gün dənizdə batmaq təhlükəsi ilə üzləşmış 3 nəfər xilas edilib
Dənizdə batmaq təhlükəsi ilə üzləşən 3 nəfər xilas edilib

Bakı. Trend:

Bu gün dənizdə batmaq təhlükəsi ilə üzləşmış 3 nəfər xilas edilib.

Fövqəladə Hallar Nazirliyinin (FHN) Kiçikhəcmli Gəmilərə Nəzarət və Sularda Xilasetmə Dövlət Xidmətinə Bakı şəhəri, Xəzər rayonunda 2 nəfərin dənizdə çimərkən batmaq təhlükəsi ilə üzləşməsi barədə məlumat daxil olub. Dərhal Xidmətin xilasediciləri hadisə yerinə cəlb olunaraq vətəndaşı sudan çıxarıb və aidiyyəti üzrə təhvil veriblər.

Əməliyyat saat 17:35-də başa çatıb.

Digər analoji hadisə akı şəhəri, Sabunçu rayonunda olub.

FHN-nin Kiçikhəcmli Gəmilərə Nəzarət və Sularda Xilasetmə Dövlət Xidmətinə akı şəhəri, Sabunçu rayonunda 1 nəfərin dənizdə çimərkən batmaq təhlükəsi ilə üzləşməsi barədə məlumat daxil olub. Dərhal Xidmətin xilasediciləri hadisə yerinə cəlb olunaraq vətəndaşı sudan çıxarıb və aidiyyəti üzrə təhvil veriblər.

Əməliyyat saat 14:50-də başa çatıb.

Məqalədə:
Xəbər lenti

Xəbər lenti