Bakı. Trend:
Bakı şəhəri, Nərimanov rayonunda vətəndaşa məxsus "Mercedes" markalı minik avtomobilinin idarəetmə lövhəsi qismən yanıb.
Fövqəladə Hallar Nazirliyindən (FHN) Trend-ə verilən məlumata görə, avtomobilin qalan hissəsi yanğından mühafizə olunub. Yanğın saat 15:25-də yanğınsöndürənlər tərəfindən söndürülüb.