Bakı. Trend:
Bakıda yanğın faktı qeydə alınıb. Trend-ə FHN-dən verilən məlumata görə, paytaxtın Binəqədi rayonunda vətəndaşa məxsus ümumi sahəsi 90 m2 olan birmərtəbəli 3 otaqlı evin üzərindən keçən yüksək gərginlikli (110 kv-luq) elektrik xəttinin evin damına toxunması nəticəsidə, evin ondulindən ibarət dam örtüyü 2 m2 sahədə yanıb, giriş qapısı, döşəmə 3 m2 sahədə uçub və elektrik sayğacı əriyib. Evin qalan hissəsi yanğından mühafizə olunub.
Yanğın saat 11:28-də yanğınsöndürənlər tərəfindən söndürülüb.