...

Sumqayıtda 2 otaqlı mənzil yanıb

Hadisə Materials 16 Avqust 2017 00:21 (UTC +04:00)
Sumqayıtda 2 otaqlı mənzil yanıb
Sumqayıtda 2 otaqlı mənzil yanıb

Bakı. Trend:

Sumqayıt şəhərində vətəndaşa məxsus ümumi sahəsi 96 m2 olan təmiri başa çatmamış 2 otaqlı mənzilin eyvanında 10 m2 sahədə taxta qırıntıları və kağız kisələr yanıb, yüksək temperaturdan eyvanın plastikdən ibarət giriş qapısı və pəncərə çərçivəsi qismən əriyib.

Fövqəladə Hallar Nazirliyindən (FHN) Trend-ə verilən məlumata görə, mənzil yanğından mühafizə olunub. Yanğın saat 21:22-də yanğınsöndürənlər tərəfindən söndürülüb.

Xəbər lenti

Xəbər lenti