...

Gədəbəydə bir yeniyetmə digərini bıçaqlayaraq öldürüb

Hadisə Materials 16 Avqust 2017 12:21 (UTC +04:00)
Faktla əlaqədar cinayət işi başlanılıb.
Gədəbəydə bir yeniyetmə digərini bıçaqlayaraq öldürüb

Bakı. Trend:

Avqustun 15-də Gədəbəy şəhərindəki parkda naməlum şəxs rayon sakini 14 yaşlı Turay Şabanova bıçaqla xəsarət yetirərək hadisə yerini tərk edib.

Daxili İşlər Nazirliyindən Trend-ə verilən məlumata görə, T.Şabanov xəstəxanaya aparılarkən yolda ölüb.

Gədəbəy rayon Polis şöbəsi əməkdaşlarının keçirdikləri əməliyyat tədbirləri nəticəsində hadisəni münaqişə zəminində törətməkdə şübhəli bilinən, rayon sakini olan yeniyetmə saxlanılıb.

Faktla əlaqədar cinayət işi başlanılıb.

Məqalədə:
Xəbər lenti

Xəbər lenti