...

DİN Göygöldə iki qadının qətli ilə bağlı məlumat yayıb

Hadisə Materials 18 Avqust 2017 12:30 (UTC +04:00)
Göygöl rayonunda münaqişə zəminində arvadına və qaynanasına bıçaqla xəsarət yetirən Z.Əliyev Gəncə şəhər BPİ-yə gələrək istintaqa təslim olub
DİN Göygöldə iki qadının qətli ilə bağlı məlumat yayıb

Bakı. Trend:

Göygöl rayonunda münaqişə zəminində arvadına və qaynanasına bıçaqla xəsarət yetirən Z.Əliyev Gəncə şəhər BPİ-yə gələrək istintaqa təslim olub.

Daxili İşlər Nazirliyindən Trend-ə verilən məlumata görə, avqustun 17-də Göygöl rayonunun Yeni Qızılca kəndində Gəncə şəhər sakini Zaur Əliyev münaqişə zəminində arvadı Günelə və qaynanası Höküməyə bıçaqla xəsarət yetirib. Günel hadisə yerində, Hökümə isə xəstəxanaya aparılarkən yolda ölüb.

Z.Əliyev o, könüllü olaraq Gəncə şəhər BPİ-yə gələrək istintaqa təslim olub.

Məqalədə:
Xəbər lenti

Xəbər lenti