...

Ağdaşda avtomobil kanala düşüb

Hadisə Materials 20 Avqust 2017 03:14 (UTC +04:00)
Ağdaş rayonu, Hüşün kəndində avtomobil kanala düşüb
Ağdaşda avtomobil kanala düşüb

Bakı.Trend:

Ağdaş rayonu, Hüşün kəndində avtomobil kanala düşüb.

Fövqəladə Hallar Nazirliyindən Trend-ə verilən məlumata görə, Ağdaş rayonu, Böhran Vəziyyətlərində İdarəetmə Mərkəzinə daxil olmuş məlumata əsasən, Ağdaş rayonu, Hüşün kəndində “Chevrolet” markalı minik avtomobili Yuxarı Şirvan su kanalına düşüb.

Kiçikhəcmli Gəmilərə Nəzarət və Sularda Xilasetmə Dövlət Xidmətinin dalğıc-xilasediciləri hadisə yerinə cəlb olunaraq 1973-cü il təvəllüdlü Paşayev Tərlan Əflatun oğlunun cəsədini sudan çıxarıb və aidiyyəti üzrə təhvil veriblər.

Əməliyyat saat 17:23-də başa çatıb.

Məqalədə:
Xəbər lenti

Xəbər lenti