...

Regional Elektrik Şəbəkədə xuliqanlıq edən şəxs saxlanılıb

Hadisə Materials 23 Avqust 2017 12:46 (UTC +04:00)
Lənkəran Regional Elektrik Şəbəkəsində xuliqanlıq hadisəsi baş verib.
Regional Elektrik Şəbəkədə xuliqanlıq edən şəxs saxlanılıb

Bakı. Trend:

Lənkəran Regional Elektrik Şəbəkəsində xuliqanlıq hadisəsi baş verib.

Daxili İşlər Nazirliyinin mətbuat xidmətindən Trend-ə verilən məlumata görə, avqustun 22-də Lənkəran rayonunun Liman şəhəri ərazisində yerləşən kafelərdən birində şəhər sakini Sərvər Məmmədov xuliqanlıq zəminində Lənkəran Regional Elektrik Şəbəkəsinin nəzarətçi mühəndisinə stəkan atıb, kafenin qarşısında olan şəbəkəyə məxsus “Mercedes” markalı avtomobilin üzərinə benzin tökərək onu qismən yandırıb.

Lənkəran ŞRPŞ əməkdaşlarının keçirdikləri əməliyyat tədbirləri nəticəsində S.Məmmədov saxlanılıb.

Məqalədə:
Xəbər lenti

Xəbər lenti