...

Bakıda əcnəbi vətəndaşın çantası oğurlanıb

Hadisə Materials 24 Avqust 2017 12:22 (UTC +04:00)
Əcnəbi vətəndaşa məxsus çantanı oğurlamaqda şübhəli bilinən Bakı şəhər sakini V.İsmayılov tutulub.
Bakıda əcnəbi vətəndaşın çantası oğurlanıb

Bakı. Trend:

Əcnəbi vətəndaşa məxsus çantanı oğurlamaqda şübhəli bilinən Bakı şəhər sakini V.İsmayılov tutulub.

Daxili İşlər Nazirliyinin mətbuat xidmətindən Trend-ə verilən məlumata görə, Sumqayıt ŞPİ 1-ci PB əməkdaşlarının keçirdikləri əməliyyat tədbirləri ilə avqustun 10-da əcnəbi vətəndaşa məxsus içərisində 100 manat pul, qızıl əşyalar, mobil telefon və eynək olan çantanı oğurlamaqda şübhəli bilinən Bakı şəhər sakini Vladislav İsmayılov tutulub.

Məqalədə:
Xəbər lenti

Xəbər lenti