...

Xətaidə evdən hərbi sursat götürülüb

Hadisə Materials 26 Avqust 2017 12:43 (UTC +04:00)
Xətai rayonu ərazisindəki evlərin birindən hərbi sursat götürülüb.
Xətaidə evdən hərbi sursat götürülüb

Bakı. Trend:

Xətai rayonu ərazisindəki evlərin birindən hərbi sursat götürülüb.

Daxili İşlər Nazirliyindən Trend-ə verilən məlumata görə, Xətai rayonu ərazisində yaşayan bir qadın 35-ci PB-yə müraciət edərək ərinin onu ölümlə hədələməsini və yaşadıqları evdə sursat saxlamasını bildirib.

Xətai RPİ 35-ci PB-nin əməkdşaları tərəfindən həmin evə baxış zamanı 29 ədəd patron, 2 ədəd giliz və 42 ədəd piston aşkar edilərək götürülüb.

Məqalədə:
Xəbər lenti

Xəbər lenti