...

İşlədiyi evdən pul oğurlamaqda şübhəli bilinən xadimə tutulub

Hadisə Materials 29 Avqust 2017 12:35 (UTC +04:00)
Binəqədi rayonunun M.Cəlal küçəsindəki evlərdən birində oğurluq hadisəsi baş verib.
İşlədiyi evdən pul oğurlamaqda şübhəli bilinən xadimə tutulub

Bakı. Trend:

Binəqədi rayonunun M.Cəlal küçəsindəki evlərdən birində oğurluq hadisəsi baş verib.

Daxili İşlər Nazirliyinin mətbuat xidmətindən Trend-ə verilən məlumata görə, Binəqədi RPİ 7-ci PB əməkdaşlarının keçirdikləri əməliyyat-axtarış tədbirləri nəticəsində avqustun 27-də rayonun M.Cəlal küçəsindəki evlərdən birindən 2000 manat və 200 dollar pul oğurlamaqda şübhəli bilinən Bakı şəhər sakini İlhamə Əliyeva tutulub.

Onun həmin evdə xadimə işlədiyi bildirilir.

Məqalədə:
Xəbər lenti

Xəbər lenti