...

Qəbələdə meşə zolağında yanğın söndürülüb

Hadisə Materials 30 Avqust 2017 20:45 (UTC +04:00)
Qəbələdə meşə zolağında baş verən yanğın söndürülüb.
Qəbələdə meşə zolağında yanğın söndürülüb

Bakı. Trend:

Qəbələdə meşə zolağında baş verən yanğın söndürülüb.

Fövqəladə Hallar Nazirliyindən (FHN) Trend-ə verilən məlumata görə, Böhran Vəziyyətlərində İdarəetmə Mərkəzinə daxil olmuş məlumata əsasən, Qəbələ rayonunun Tikanlı kəndində meşə zolağında baş vermiş yanğınlar saat 17:00-da söndürülüb.

Yanğınlar nəticəsində 3 ha ərazidə quru ağaclar və kol-kos yanıb. Meşə ərazisi yanğından mühafizə olunub. Qeyd edək ki, avqustun 28-dən davam edən yanğının söndürülməsində FHN-nin Dövlət Yanğından Mühafizə Xidmətinin qüvvə və vasitələri, Aviasiya dəstəsinin yanğınsöndürmə helikopteri, Mülkü müdafiə qoşunlarının şəxsi heyəti iştirak edib.

Məqalədə:
Xəbər lenti

Xəbər lenti