Bakı. Trend:
Xaçmaz şəhərində yanğın qeydə alınıb.
Fövqəladə Hallar Nazirliyindən Trend-ə verilən məlumata görə, Xaçmaz şəhərində ümumi sahəsi 500 m2 olan talvarın yanar konstruksiyaları 60 m2 sahədə və talvarın altına yığılmış 20 m2 sahədə taxta qırıntıları yanıb.
Talvarın qalan hissəsi yanğından mühafizə olunub.
Yanğın saat 22:30-da yanğınsöndürənlər tərəfindən söndürülüb.