...

Əməliyyat Qərargahı: Qəbələdə meşə ərazisində yanğınlar tam nəzarət altına alınıb

Hadisə Materials 5 Sentyabr 2017 16:30 (UTC +04:00)
Təxirəsalınmaz və operativ tədbirlər nəticəsində yanğınlar tam nəzarət altına alınıb.
Əməliyyat Qərargahı: Qəbələdə meşə ərazisində yanğınlar tam nəzarət altına alınıb

Bakı. Trend:

Qəbələ rayonunun Solquca, Abrıx və Dandıx kəndləri yaxınlığındakı meşəlik ərazilərdə yanğınların söndürülməsi istiqamətində həyata keçirilən təxirəsalınmaz və operativ tədbirlər nəticəsində yanğınlar tam nəzarət altına alınıb.

Trend-in məlumatına görə, Qəbələ rayonunda meşə ərazisində baş vermiş yanğınların söndürülməsi üzrə Əməliyyat Qərargahının məlumatında bildirilir ki, hazırda bəzi tüstülənmə mənbələrinin söndürülməsi üçün zəruri tədbirlər görülür. Yanğının söndürülməsi əməliyyatına Fövqəladə Hallar Nazirliyinin, Ekologiya və Təbii Sərvətlər Nazirliyinin və Qəbələ Rayon İcra Hakimiyyətinin canlı qüvvəsi və texnikası cəlb olunub.

Məqalədə:
Xəbər lenti

Xəbər lenti